Qvardiola Holand ilə Messi arasındakı fərqi açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubunun hücumçusu Erlinq Holand ilə “Paris Sen-Jermen”in hücumçusu Lionel Messi arasındakı fərq barədə danışıb.

“Bəlkə də fərq ondadır ki, Holand yüksək nəticə əldə etmək üçün bütün komanda yoldaşlarına ehtiyac duyur və o, inanılmazdır. Messi isə hər şeyi təkbaşına etmək qabiliyyətinə malikdir”, – ispan mütəxəssis bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İngiltərə Premyer Liqasının 8-ci turunun matçında “Siti” “Mançester Yunayted”i 6:3 hesabıyla məğlub edib. 22 yaşlı Holand bu görüşdə üç qol vurub və üç məhsuldar ötürmə ilə Mançester derbisində yeni performans rekordu əldə edib.

Norveçli hücumçu 2022/23 mövsümündə artıq 14 qola imza atıb.

Bu mövsüm Messi komandanın Fransa çempionatında keçirdiyi səkkiz oyunun hamısında iştirak edib, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.

Mənbə: gazeta.ru

Share: