İranda şagirdlər və tələbələr dərsləri boykot etdilər — Video

İranda şagirdlər və tələbələr dərsləri boykot ediblər.

“Qafqazinfo” “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, şagirdlər “islam Respublikaıs istəmirik” şüarı ilə aksiyalara qatılıblar.

Cəhrom şəhər Universitetinin tələbələri də hökumət əleyhinə etirazlara dəstək məqsədilə dərsləri boykot edərək etiraz toplantısı keçiriblər.

Bundan başqa, Qohərdəşt şəhər məktəblərindən birində qız şagirdlər təhsil müəssisəsinin müdirini məktəbdən qovublar. Zəngan Universitetinin tələbələri bu gün oturaq aksiya keçirərək hökumət əleyhinə şüarlar səsləndiriblər.

 

 


Share: