Qurban Qurbanovdan “Ximki” AÇIQLAMASI: “Müzakirə etdik və fikrimi onlara çatdırdım”

Qurban Qurbanova Rusiya Premyer Liqasında çıxış edən “Ximki” klubundan təklif gəlməsi haqda xəbər vermişdik.

“Qarabağ”ın baş məşqçisi Sports.az-a açıqlamasında bu xəbəri təsdiqləyib.

50 yaşlı mütəxəssis xarici klubun təklifi ilə bağlı bunları deyib:

“Bəli, “Ximki”dən əlaqə saxlayıblar və bu məsələ müzakirə olunub. Təbii ki, belə bir təklifin gəlməsi xoşdur. Amma mən daha əvvəl də açıqlamalarımda bildirmişdim ki, indi yalnız “Qarabağ”ı düşünürəm. Onlara da bu fikri çatdırıb, təşəkkür etdim”.

Qeyd edək ki, Qurban Qurbanova 2 il öncə Türkiyə Super Liqasında çıxış edən “Hatayspor”dan da təklif gəlmişdi. Amma həmin təklif əvvəl Tovuz hadisələrinə, daha sonra Vətən müharibəsi dövrünə təsadüf etdiyindən “Qarabağ”ın baş məşqçisi “Ölkəmin belə həssas məqamında buranı tərk edə bilməzdim”, – demişdi.

 

Share: