Azərbaycanın FIFA referisi İnqilab Məmmədov yeni təyinat aldı

Azərbaycanın FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro Çimərlik Futbolu Liqasının (EBSL) Superfinal mərhələsinə təyinat alıb.

Qeyd edək ki, bu mərhələnin oyunları sentyabrın 8-11-də İtaliyanın Kalyari şəhərində keçiriləcək.


Share: