Qurban Qurbanova dünyanın ən nüfuzlu mükafatı təqdim olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.

Oxu.Az xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu “Feyr Pley” mükafatı – “Joao Barotra” diplomuna layiq görülüb.

Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Q.Qurbanova təqdim olunub.

Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.

Aqil Vəlili

Share: