Babək rayonunda qəza: Xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

“Report” yerli bürosu xəbər verir ki, hadisə rayonun Hacıvar kəndində qeydə alınıb.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini Əlisəfa Mustafa oğlu Kərimov xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Share: