Qonşusunun 8 yaşlı qızını ” sənə şokalad alacam” deyib zorladı….

Türkiyənin Osmaniyə vilayətinin Qədirli rayonunda qonşusunun 8 yaşlı qızına “Sənə şokolad alacam, sənə konfet verəcəm” deyərək aldadıb 1 ay ərzində cinsi istismar edən 29 yaşlı şəxs saxlanılıb.

Müstəqil.Az Posta.com-a istinadən xəbər verir ki, Qədirlidə qonşularının 8 yaşlı qız uşağını “Şokolad alacam, konfet alacam” deyə aldadıb təxminən 1 ay cinsi istismara məruz qoyduğu iddia edliən şəxsin əməllərindən, kiçik qız əvvəl rəfiqəsinə sonra isə anasına danışıb.

Ailənin vəziyyətdən xəbərdar olmasıyla kiçik qızın atası, adamı küçədə tapıb onu döyməyə başlayıb. Davanın şahidlərinin şikayəti ilə hadisə yerinə gələn polisə vəziyyətdən bəhs edən qızın atası həmin şəxsdən şikayətçi olub.

Sözügedən şəxsin ifadəsini almaq üçün onu polis idarəsinə aparıblar. Digər tərəfdən, həkim nəzarətindən keçən adı açıqlanmayan 8 yaşlı qız uşağının pedaqoq nəzarəti altında ifadəsi alınıb. Kiçik qızın bəyanatlarından qonşuları tərəfindən şokolad və şəkər almaq bəhanəsi ilə təxminən 1 aydır cinsi təcavüzə məruz qaldığı ortaya çıxıb.

Müstəqil.Az

Share: