Qocalığın gəncliyini yaşayan şair Qəşəm Nəcəfzadə – VİDEO

Qəşəm Nəcəfzadə 60 yaşını qeyd edir

Qəşəm Nəcəfzadə: “Uzun müddətdir yol gəlirəm bu 60 yaşa doğru. Yol qar oldu, yağış oldu, çovğun oldu, isti günəş oldu. Amma yenə də mənim ürəyimdə vətən sevgisi, Allah sevgisi məni gətirib bu 60 yaşa çıxardı”.

Ürəyinin səsini dinləyən şair, Qəşəm Nəcəfzadə…

O, naşükür deyil. 60 yaşı qocalığın gəncliyi adlandırır. Deyir, hər bir yaşın öz gözəlliyi var, hətta qocalığın, əldə çəliklə gəzməyin belə…Yetər ki, ömrü dop-dolu yaşayasan.

Qəşəm Nəcəfzadə şerləri Azərbaycanı, Azərbaycan insanını tərənnüm edir.

“Mən öz həyatımı yazıram, həyatım da bu dünyaya aiddir. Bu həyatım da insanlara aiddir. Mənim bütün şerlərimin əsas bir mövzusu var. sevgi-insan-həyat-ölüm. Mən bütün şerlərimi məhz bu münasibətlərdə yazmışım. Və həmişə inamlı olmuşam. Zəif göründüyüm hallar da olub. Onun da özünün gözəlliyi var. Bütünlüklə mənim şerlərimin baş qəhramanı insandır. Onun sevgisidir, onun çətinlikləridir, həmin çətinliklərə qalib gəlmək və alnıaçıq, üzüağ çıxmaqdır”.

Özü də həyatda çətinliklərlə qarşılaşsa da onları dəf etməyi və yoluna qaldığı yerdən davam etməyi bacarıb.

Dostu, həmkarı Seyran Səxavət Qəşəm Nəcəfzadəni, digər yöndən xarakterizə edir. Onun ailədə mövqeyindən, oğlu ilə münasibətlərindən danışır.

Özünü bəxtəvər şair, yazıçı hesab edir, Qəşəm Nəcəfzadə. Deyir bu 60 ilə 36 kitab sığdıra bilib. Kitablarının 18-i xarici ölkələrdə çap olunub.

Share: