Eyfel qülləsinə giriş-çıxış dayandırıldı – YENİLƏNDİ – FOTO

Bu gün yerli vaxtla saat 15:30-da Parisin Eyfel qülləsinə dırmaşan naməlum şəxsi bu saata qədər oradan düşürmək mümkün olmayıb.

“Report”un Fransa bürosu xəbər verir ki, tarixi tikiliyə dırmaşan şəxs hazırda qüllənin üçüncü mərtəbəsinə çatıb.

Qeyd edək ki, bununla bağlı Eyfel qülləsinə giriş-çıxış dayandırılıb. Qüllənin istismarına məsul olan şirkət SETE bildirib ki, qülləyə dırmaşan şəxs düşürülməyənədək abidə ziyarətçilərin üzünə bağlı qalacaq.


***19:09

Eyfel qülləsinə giriş-çıxış dayandırılıb.

“Report”un Fransa bürosu xəbər verir ki, buna səbəb naməlum şəxsin tarixi tikiliyə dırmaşmasıdır.

Qüllənin birinci və ikinci mərtəbəsində, həmçinin ətrafında olan insanlar təxliyyə edilib, yalnız üçüncü mərtəbədə bir neçə turist qalmaqdadır.

Hazırda polis və xilasedicilər hadisə yerindədir.

Məlumata görə, Eyfel qülləsinə naməlum şəxsin dırmaşdığı onun ikinci mərtəbədən yuxarıda, təxminən, 115 metr hündürlükdə olarkən bilinib.

Eyfel qülləsinin istismarına məsul olan şirkətin (SETE) sözçüsü jurnalistlərə deyib ki, tikiliyə dırmaşan naməlum şəxs ikinci mərtəbəyədək hamı kimi lift vasitəsilə çıxıb. Daha sonra icazə verilən həddən kənara çıxdığı zaman həyəcan siqnalı işə düşsə də, ancaq qülləyə çox cəld dırmaşmağa nail oub və onu saxlamaq cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, 2015-ci ildə də daha bir naməlum şəxs gecə yarısı yerdən tarixi tikiliyə dırmaşıb. Ancaq polislər onu birinci mərtəbənin yaxınlığında yaxalamağa nail olublar. 1996-cı ildə isə “hörümcək adam” adlanan şəhər alpinisti Alən Rober Eyfelə qanunsuz surətdə dırmaşıb və 45 dəqiqəyə qüllənin başınadək çıxmağa nail olub.

Xilasedicilər Eyfel qülləsinə dırmaşan naməlum şəxsə yaxınlaşmağa çalışırlar. “Report”un Fransa bürosu xəbər verir ki,

Eyfel qülləsinə giriş-çıxış hələ də dayandırılıb.

Share: