Qobustanda avtomobil piyadanı vuraraq öldürüb

Qobustanda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Salyan yolu küçəsində qeydə alınıb.

Vasif Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən 1950-ci il təvəllüdlü Rüstəm Cəfərovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Share: