Daha 5 şəhər və rayonda “Açıq mikrofon” qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (05-09.09.2022 tarixləri) daha 5 şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Samux şəhərində (İcra nümayəndəliyi, Arif Nəbiyev 54), 2-ci günü saat 15:00-dan 16:00-dək Gəncə şəhərində (Füzuli Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Goranboy şəhərində (Gənclər Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Göygöl şəhərində (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Share: