Qızıl Treyler Mükafatlarına namizədlərin siyahısı bəlli oldu

29 iyun cümə axşamı Los Ancelesdəki The Orpheum Teatrında keçiriləcək Qızıl Treyler Mükafatlarının namizədləri açıqlanıb.

Kulis.az Deadline-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimində 2 saatlıq filmləri 2 dəqiqəlik treylerlərə sığdıran yaradıcı qruplar mükafatlandırılır.

Qeyd edək ki, bu siyahı üzrə ən çox adı keçən filmlər arasında “Black Panther: Wakanda Forever”, “Fast X: Legacy Ride”, “Dungeons & Dragons: Honor Among Thieves”, “Knives Out 2”, “Nope” və “Oppenheimer” kimi ekran əsərləri yer alır.

Share: