Qiyməti 3 milyon dollara çatan,Dünyanın ən böyük qızıl üzüyü SƏRGİDƏ – FOTO

Yerli KİV-lərin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Şarcə əmirliyindəki “Sahara Centre”də dünyanın ən böyük qızıl üzüyü sərgilənir.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, “Najmat Taiba” adlı üzüyün çəkisi 64 kiloqramdır və 5,1 kiloqram qiymətli daşlar və brilyant, habelə 615 ədəd “Swarovski” kristalı ilə bəzədilib.

2000-ci ildə “Najmat Taiba” öz alıcısına cəmi 547 min dollara başa gəlmişdi. Bu gün isə üzüyün qiyməti təqribən 3 milyon dollara çatır.

Dubayın “Taiba” şirkətinə məxsus bu üzüyü 55 mütəxəssis 45 gün müddətində və gündə 10 saat işləməklə hazırlayıb.

Müstəqil.Az

Share: