Qısqanc KİŞİ arvadının biləyini kəsdi – DƏHŞƏT – FOTOLAR…

Müstəqil.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiyada qısqanclıq zəminində dəhşətli cinayət baş verib. Bu barədə Rusiya DİN  Moskva vilayəti üzrə mətbuat xidməti baş idarəsinin rəisi Tatyana Perova məlumat yayıb. Onun sözlərinə görə növbətçi hissəyə məlumat daxil olb ki, xəstəxanaya hər iki biləyi kəsilmiş 25 yaşlı yerli qadın gətirilib.
Perova əlavə edib ki, “bilərəkdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə görə maksimum cəza 15 ilədək azadlıqdan məhrum etmədir”.
Qısqanc ərin bu hərəkəti isə mediada gündəm olub. 26 yaşlı Rita Qraçevanı həyat yoldaşı 37 yaşlı Dmitri Qraçev meşəyə apararaq ona işgəncələr verməyə başlayıb. Sonra isə onun sol əlini baltayla doğrayıb. Xanımını xəstəxanaya çatdıran Dmitrini polislər həbs ediblər. Moskvadakı xəstəxanalardan birində qadının əli səkkiz saatlıq əməliyyatdan sonra yerinə tikilib.
Məlum olub ki, ərinin işgəncələrindən bezən qadın boşanmaq üçün məhkəməyə müraciət etdiyindən əri onu itirməmək üçün bu addımı atıb.
Moderator.az Rusiya mediasına istinadən hadisənin fotolarını təqdim edir.
Vasif Əlihüseyn

Share: