Qırmızıgül Mənsimovun məhkəməsində ifadə verdi

Türkiyənin tanınmış müğənnisi Mahsun Qırmızıgül həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsində şahid qismində ifadə verib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fidan Quliyeva qeyd edib.

O bildirib ki, Qırmızıgül məhkəmədə Mənsimovun FETÖ ilə əlaqəsi olmadığını bildirib.

“Mübariz bəylə uzun müddətdir ailə dostuyuq. Bu ittihamları eşidəndə çox təəccübləndim. Uzun zamandır yanında olmuşam və o insanlarla əlaqəsinin olduğunu görməmişəm. Mübariz Mənsimov iş adamıdır, xaricdən pul qazanıb bu ölkəyə yatırımlar edirdi. Çox xeyirsevər insandır və mən bu xeyriyyə işlərinin də şahidi olmuşam”, – Qırmızıgül deyib.

Qeyd edək ki, bu gün azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilir.

Müstəqil.Az

 

 

Share: