Qazaxıstanda ağır qəza: 11 ölü, 29 yaralı var

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb.

Müstəqil.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında Kordaysk rayonunda Almaatı-Daşkənd yolunun 181-ci kilometrində “Tayota Kəmri” (“Toyota Camry”) markalı minik avtomobili yol kənarında dayanan yük maşını ilə toqquşub. Bu zaman eyni marşrut üzrə hərəkət edən sərnişin avtobusu toqquşmadan qaçmağa çalışarkən açıb.

 

Share: