Azərbaycanın müxtəlif bölgələrinə qar yağıb.

Azərbaycanın müxtəlif bölgələrinə gözlənilməz şəkildə qar yağıb.

Müstəqil.az xəbər verir ki, qəfil yağan qar bölgə sakinlərini narahat edir.

Onlar qarın kənd təsərrüfatına və meyvə ağaclarına ziyan verəcəyini dilə gətirirlər.

Bununla belə, sürpriz təbiət hadisəsi Şamaxı, İsmayıllı, Qusar və bu kimi dağlıq bölgələrdə əsrarəngiz mənzərə yaradıb.

Ölkəmizin müxtəlif bölgələrindən çəkilmiş kadrları təqdim edirik:

Müstəqil.Az

Share: