Qaşıqçını öldürənlər… – Krallıqdan ŞOK ETİRAF

“Camal Qaşıqçının necə öldürüldüyünü və ya cəsədin harada olduğunu bilmirik. Qaşıqçıya nə olduğunu, həm də cansız bədəninin harada olduğunu öyrənməkdə qərarlıyıq. Hadisəyə görə məsuliyyət daşıyanlar cəzalandırılacaq”.

Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyininin başçısı Adil Əl-Cubeyr bildirib.

Onun sözlərinə görə, jurnalisti öldürənlər səlahiyyətlərini aşdılar və səhvlərini gizlətməyə çalışırdılar.

O həmçinin Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiqində təkid edən ABŞ Konqresinin üzvlərini faktları gözləməyə və son nəticələrdən sonra mühakimə etməyə çağırıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Share: