“Qarabağlar və qarabağlarlılar” təqdim olundu…

 

Müstəqil.Az bildirir ki, Zahid Rza, Cabir Hacıbəyli və Binyamin Mənsimzadənin müştərək qələmə aldıqları  nəfs şəkildə dərc olunan “Qarabağlar və qarabağlarlılar”  kitabının təqdimat mərasimi keçirilib. 

Yenicə işıq üzü görən kitabın Nizami rayonundakı “Ülfət” kafesində təqdimatı vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başladı.

Kitabın redaktoru və ön sözün müəllifi Aləm Kəngərli tədbirdə çıxış edərək 3 il müddətinə yazılıb başa çatan kitabın məziyyətlərindən bəhs etdi. O. tarixi faktlarla zəngin olan kitabda yer alan tarixi faktlardan, Qarabağların keçmişindən bu günə qədər keçib gəldiyi şərəfli yoldan söhbət açaraq xüsusi ilə qeyd etdi ki, müəlliflər çox qədim köklərə malik olan Qarabağların tarixi salnaməsi, o dövrdə baş verən olaylar haqqında, o diyardan çıxan tanınmış insanlar barədə sanballı bir kitab ərsəyə gətirməyə nail ola biliblər.


Təqdimat mərasimində iştirak edən Qarabağlar kəndinin yetirmələrindən Texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev, Biologiya elmlər doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Eldar Novruzov, Sənətşünüslıq elmləri doktoru, professor Sabirə Dünyamalıyeva, Əməkdar müəllim, Qabaqcıl Maarif xadimi Əzim Hüseynov, kənd ağsaqqalı Mir Əzim Seyidov, qabaqcıl müəllim Sevil Qulubəyova, şair Adəm Asnı, həmçinin Məmmədəli Abdullayev, Sani Salmanov, Telman Quliyev, Umud Hüseynov çıxış edərək kitabın bu günkü və gələcək dövrlərdəki  əhəmiyyətindən, müəlliflərin önəmli bir işi həyata keçirdiklərindən söz açdılar.

Sonda müəlliflər çıxış edərək tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirdilər.

Müstəqil.Az

Share: