“Qarabağ”ın prezidenti oyun öncəsi Qurban Qurbanovla görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl bu gün keçiriləcək oyun öncəsi komandanın düşərgəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klubun başqanı Bakıda “Frayburq”a qarşı keçirəcəkləri oyun öncəsi baş məşqçi Qurban Qurbanovla görüşüb, 50 yaşlı mütəxəssisə və komandaya inandığını deyib.

Tahir Gözəl Ağdam təmsilçisinə uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.


Share: