Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliyanın evi qarət edilib.

Hadisə ötən gün – neapol təmsilçisinin İngiltərədə “Liverpul”a qarşı (2:0) keçirdiyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyunu zamanı baş verib.

Gürcüstanlı vingerin villasına daxil olan soyğunçular onun şəxsi avtomobilini oğurlayıblar.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Mənbə: Sports.ru

Share: