““Qarabağ”ın çox yaxşı futbolçuları var” — “Frayburq”un baş məşqçisi

Almaniyanın “Frayburq” klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ” üzərində qələbəni şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

“Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim. “Qarabağ”ın çox yaxşı futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq”.


Share: