Moskvada 52 yaşlı qadın onunla mübahisə edən sevgilisini yandırıb öldürdü

Rusiyanın paytaxtında birgə yaşadığı kişini yandıraraq öldürən qadın saxlanılıb.

52 yaşlı qadın sevgilisi ilə spirtli içki qəbul edəndən sonra aralarında mübahisə yaranıb. O, kişinin olduğu mənzili yandırıb və binanı tərk edib.

42 yaşlı kişinin meyiti yanğın söndürüləndən sonra aşkarlanıb.

Mənbə: Moslenta

Share: