“Qarabağ” azarkeşləri Şamaxı stadionuna ziyan vurdu, klub ödəyəcək

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. “Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 12-ci turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.

Misli Premyer Liqasının 12-ci turunun “Kəpəz” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub  800 manat cərimə olunub.

Misli Premyer Liqasının 12-ci turunun “Kəpəz” – “Səbail” oyununda qonaq komandanın futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Misli Premyer Liqasının 12-ci turunun “Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” kluba xəbərdalıq edilib.

Misli Premyer Liqasının 12-ci turunun “Şamaxı” – “Qarabağ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödəniləcək.

Misli Premyer Liqasının 12-ci turunun “Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunub.

Misli Premyer Liqasının 12-ci turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” və “Qəbələ” klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunub.

Misli Premyer Liqasının 12-ci turunun “Sabah” – “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunub.

Misli Premyer Liqasının 12-ci turunun “Sabah” – “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödəniləcək.

 Misli Premyer Liqasının XII turunun “Sabah” –“Qəbələ” qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulub. 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona girişi qadağan edilib.


Share: