İranda mollaların “əmmamə sığortası”

İranda Məhsa Əmininin polis tərəfindən döyülərək öldürülməsindən sonra sentyabr ayının ortalarından başlayan etirazlar hələ də davam edir.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, əsasən hicab məcburiyyətinin aradan qaldırılması və qadın azadlığı fonunda keçirilən aksiyalarda etirazın yeni forması ortaya çıxıb. Belə ki, etirazçılar mollaların əmmamələrini vuraraq başlarından salır və bunu çəkərək sosial şəbəkələrdə paylaşırlar. 

İran mollaları isə belə halların qarşısını almaq, əmmamələrini başlarında saxlamaq üçün onu başlarına parça ilə sarıyırlar. 

 

Share: