Qadın sağlam olmaq üçün bədəninə iynə ilə meyvə suyu yeritdi,51 gün komada qaldı

Çində qadın sağlam olmaq üçün bədəninə iynə ilə meyvə suyu yeridib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, müxtəlif meyvələrin qarışığından hazırlanan məhlul qadını şok vəziyyətinə salıb və o, 51 gün koma vəziyyətində qaldıqdan sonra nəhayət özünə gəlib.

Xinagnan Universitetində müalicə alan qadının qaraciyər, böyrək, ürək və ağ ciyərlərində böyük problemlərin yarandığı bildirilib.

Qadın meyvə şirəsini bədəninə yeritdikdən sonra qaşınma və qızdırma yarandığını, daha sonra huşunu itirdiyini söyləyib.

Müstəqil.Az

Share: