Nazarbayevin istefasından sonra ölkədə ajiotaj,dollar qıtlığı… – Rəsmi açıqlama

Nursultan Nazarbayevin prezident postundan istefa xəbərindən sonra Qazaxıstan əhalisi kütləvi şəkildə xarici valyuta almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, nəticədə ölkədə dollar qıtlığı başlayıb.

Ajiotaj Astana şəhərinin valyuta dəyişmə məntəqələrində dolların tamamilə tükənməsinə səbəb olub.

Bundan başqa, doların kursunun yüksəldiyi də bildirilir. 378,5 təngəyə satılan 1 dollar 285 təngəyə təklif edilib.

Qazaxıstan Milli Bankının rəsmisi Aleksandr Terentyev açıqlama verməli olub. O, bəyan edib ki, ölkədə maliyyə sabitliyi hökm sürür, ajiotaja və milli valyutanın kursundan narahatlığa əsas yoxdur.

Müstəqil.Az

Share: