Qəbilə qadınlarının qəribə görünüşü…

Hindistanda bir qəbilənin qadınları görənləri təəccübləndirib.
Müstəqil.az Moderator.az-a istinadən xəbər verir ki, Hindistanın Ziro əyalətində Apatani adlı qəbilədə yaşayan qadınları fərqləndirən burunlarında 4 dəliyin olmasıdır.
Bu qəbilədə doğulan qız uşaqlarının burunlarına hər iki tərəfdən dəlik açılır. Dəliklər tıxacla bağlanır.
Apatani qəbiləsində bu adət-ənənə lap qədimdən mövcuddur. Belə ki, qadınlar qonşu qəbilələrin kişilərinə çirkin görünsün deyə belə addım atıblar. Bu da zamanla ənənəyə çevrilib və bu günə kimi davam edir.

Share: