Cinsiyətini dəyişən qadın-zabit, əvvəllər qız olmuş aktyorla evləndi – FOTO

Müstəqil.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 mart dünyada transgenderlərin günü kimi qeyd olunur.
Bu hadisənin ərəfəsində iki cinsiyətini dəyişmiş cütlüyün bu yaxınlardakı toyundan danışacağıq. Bu günlərdə Britaniya KİV-ləri 31 yaşlı Hanna Uinterborn və 40 yaşlı Ceyk Qrafın toyu barədə məlumat yayıb. Onların adları ( xüsusilə gəlinin) transgenderlərin həyatı ilə maraqlananlara, onların cəmiyyətdə qəbul olunmasını istəyənlərə yaxşı tanışdır.
Uinterborn haqqında bir neçə il əvvəl məlumat yayılmışdı. O vaxt Britaniya KİV-i İngiltərədə  cinsiyətini dəyişmək üçün əməliyyat olunmuş ilk zabit barədə yazmışdı. Hanna 26 yaşınadək hərbi qulluqçu- kişi olub və müharibə gedən bölgələrdə, o cümlədən Əfqanıstanda xidmət edib. Qadın olmaq üçün ona bir il vaxt lazım olub.
Bu gün Hanna etiraf etdiyinə görə, özünü həqiqətən çox xoşbəxt hiss edir. Və yeri gəlmişkən vətənə xidmətini- Britaniya ordusunun mühəndis bərpa-təmir qoşunlarının kapitanı kimi davam etdirir. O, aktyor Ceyk Qrafı özünə həyat yoldaşı seçib.
Onun oynadığı rollardan ən məşhuru “Danimarkalı qız” filmindədir. Filmdə məhz dünyada cinsiyyətini dəyişmək üçün ilk əməliyyat keçirən adamın gərgin həyatından bəhs edilir. Ceyk də Hanna kimi transgenderdir, 25 yaşında qadından kişiyə çevrilib. Onun sözlərinə görə, çox çətin uşaqlıq keçirib, hər gecə dua edirmiş ki, oğlan kimi yuxudan oyansın.
Ceyk Qraf gələcək arvadı haqqında mətbuatdan oxuyub və dediyinə görə həmin an ona aşiq olub. Cütlük uşaqlarının olmasını istəyir və kömək üçün surroqat anaya müraciət etməyi planlaşdırırlar.

Share: