Putin və Rəisi bu məsələləri müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, söhbət zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə edilib.

Həmçinin, nəqliyyat və logistika sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Putin və Rəisi Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı da müsbət qiymətləndiriblər.


Share: