Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.

Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Share: