Putin və Kim Çen İn bir-birinə hədiyyələr verib

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn görüş zamanı bir-birinə hədiyyələr verib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Lakin Peskov onların nə olduğu barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, Kim Çen İn Rusiyaya sentyabrın 12-də gəlib. Onun Vladimir Putinlə görüşü sentyabrın 13-də səhər saatlarında Vostoçnıy kosmodromunda baş tutub.

Müstəqil.Az

Share: