Putin: “Siyasətdə dost olmur”

Rusiya Prezidenti Vladimir Putinin “Moskva. Kreml. Putin” proqramına verdiyi müsahibəsində bütün dünyaya, o cümlədən də Azərbaycana mesaj verib:

“Böyük siyasətdə ümumiyyətlə dost olmur”.

Müstəqil.Az xəbər verir ki, Vladimir Putin vurğulayıb ki, hər bir politoloq ilk növbədə öz xalqının milli maraqlarını güdməlidir:

“Böyük siyasətdə dostluq çətin problemlərin çözülməsinə kömək edə bilər, amma bu və ya digər siyasi fəaliyyətlə məşğul olan şəxsin təmsil etdiyi dövlətin və xalqın mənafeləri öncəlik təşkil edir. Böyük siyasətdə dost olmur, ortaq maraqlar olur”.  /bizimyol.info/

Share: