Putinə sui-qəsd təşkil olunub? — Peskovdan açıqlama

Xəbər verdiyimiz kimi, İngiltərənin “The Sun” nəşri Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə bombalı hücumun təşkil edildiyini iddia edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinə sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatları təkzib edib.

Putinin sözçüsü bu məlumatın hər hansı əsası olub-olmaması ilə bağlı suala ,“Xeyr, əsası yoxdur” cavabını verib.


Share: