Avropa Liqası: “Fənərbağça” son anda məğlubiyyətdən qurtuldu, “Roma” rəqibinə şans vermədi

UEFA Avropa Liqasının qrup mərhələsində II turunun ilk oyunları başa çatıb.

8 qrupda ümumilikdə 15 görüş baş tutub.

A qrupunun “Arsenal” (İngiltərə) – PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

B qrupunda yer alan “Fənərbağça” Fransada “Renn” komandasının qonağı olub. İstanbul klubu əlavə olunmuş dəqiqələrdə vurduğu qolla Fransadan bir xalla qayıtmağı bacarıb – 2:2.

C qrupunda “Roma” doğma azarkeşləri önündə HİK-ə şans verməyib. Matçın 15-ci dəqiqəsindən azlıqda qalan finlər meydanı başıaşağı tərk ediblər – 3:0.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

A qrupu

“Budö Qlimt” (Norveç) – “Sürix” (İsveçrə) 2:1

B qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – AEK (Larnaka, Kipr) 0:1

“Renn” (Fransa) – “Fənərbağça” (Türkiyə) 2:2

C qrupu

“Betis” (İspaniya) – “Lüdoqorets” (Bolqarıstan) 3:2

“Roma” (İtaliya) – HİK (Finlandiya) 3:0

D qrupu

“Braqa” (Portuqaliya) – “Yunion” (Berlin, Almaniya) 1:0

“Yunion” (Belçika) – “Malmö” (İsveç) 3:2

Share: