“Prius”una avadanlıq quraşdıran taksi sürücüsü həbs edildi — Foto

Bakıda daha bir taksi sürücüsü həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 4-də “Toyota Prius” markalı avtomobilin sürücüsü Sabir Qocayev Nizami rayonu ərazisində nəqliyyat vasitəsində normativ tələbləri pozmaqla əlavə avadanlıq quraşdıraraq idarə etdiyinə görə Nizami RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yol polisi tərəfindən duracağa aparılması təmin olunub.

Bundan sonra avtomobil sürücünün iştirakı ilə mütəxəssislər tərəfindən müayinə olunub və yol polisinin iddiası təsdiqini tapdığından barəsində İXM-nin 342.2.2-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsilə inzibati protokol tərib edilib. Sürücü S.Qocayev avtomobilinin duracağa yerləşdirilməməsi və barəsində sənədləşmə aparılmaması üçün ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Avtomobilin duracağa təxliyə edilməsinə maneə olduğundan o, polis orqanına dəvət olunub və barəsində İXM-nin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə S.Qocayev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, S.Qocayev həm də maşını ilə bağlı Tiktok sosial şəbəkəsində paylaşdığı videolarla da tanınır, onun 30 mindən çox izləyicisi var.


Share: