“The Washington Post”: “İsrailə hücum bir il öncə İranın dəstəyi ilə planlaşdırılıb”

“Fələstin yaraqlıları üçün əhəmiyyətli dərəcədə kənar yardım olmadan belə bir miqyasda hücum son dərəcə çətin olardı”.

“Azad İran” “Telegram” kanalının verdiyi məlumata görə, bunu 10-dan çox təhlükəsizlik rəsmisi və hərbi analitik “The Washington Post” qəzetinə deyib.

Nəşr Qərb və Yaxın Şərq təhlükəsizlik rəsmilərinə istinadən bildirir ki, İsrailə hücum bir il öncə hərbi təlim və maddi-texniki yardım, eləcə də on milyonlarla dolları əhatə edən İranın böyük dəstəyi ilə planlaşdırılıb.

“The Wall Street Journal” qəzetinin oxşar hesabatında İrandakı hərbi rəsmilərin yaraqlılara yardım üçün böyük məbləğdə pul ödəməyə icazə verməsi ilə bağlı Qərb təhlükəsizlik rəsmilərindən sitat gətirilib.

“Əgər kiməsə silahdan necə istifadə edəcəyini öyrədirsinizsə, onun sonda bu silahdan istifadə edəcəyini gözləyin”, – deyə qəzetin hesabatında dərc edilib.

 

Share: