Prezidenti görə bilmədiyi üçün ağlayan balaca arzusuna çatdı – Fotolar


Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində maraqlı hadisə baş verib.
Moderator.az xəbər verir ki, prezident İlham Əliyevlə selfi çəkdirən azyaşlı oğlanın fotosu müzakirələrə səbəb olub. Məlum olub ki, həmin balaca azərbaycanlıdır. Onun bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılmışdı.
Kadrlarda Novruz bayramında İlham Əliyevlə şəkil çəkdirə bilmədiyi üçün ağladığı anlar yer alırdı.
O, “İlham Əliyevi görmək istəyirəm, niyə bizə gəlmədi? Axı bu gün bayramdır. Onunla şəkil çəkdirmək istəyirəm”- deyərək ağlayıb.
Maraqlıdır ki, azyaşlı bu arzusuna Formula 1 Azərbaycan Qran-Prisində çatıb. Balaca qəhrəman İlham Əliyev və ailəsi görüşərək xeyli şəkil çəkdirib.

Share: