Əsədin 2 bazası partladıldı,38 ölü…Zəlzələ qorxusu…

Suriyanın Həmas və Hələb çöllüklərində yerləşən Əsəd rejiminə aid hərbi bazalara hücum təşkil edilib.

Müstəqil.Az xəbər verir ki, hücum nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

Gecə baş verən partlayışların təsiri ilə bölgədə 2,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bazalardan birində İran İnqilab Keşikçilərinin yerləşib. Həmin bazaya təşkil edilən hücumda isə silah-sursat deposu partlayıb.

Suriya ordusundan verilən açıqlamada hərbi bazaların “düşmən” qüvvələr tərəfindən vurulduğu bildirilib. Hücumu kimin etdiyi hələ ki, məlum deyil.

Share: