Polis tərəfindən zorlanmış Səlimənin əri insult nəticəsində dünyasını dəyişdi -FOTOLAR

Polislər tərəfindən döyülüb zorlanması haqda şikayət edən qadının əri  beyin qan dövranının kəskin pozulmasından dünyasını dəyişib.
 
Müstəqil.Az Moderator.az  və Rusiya mediasına istinadla xəbər verir ki, faciəvi olay RF-nin Maqnitoqorsk şəhərində baş verib.
“İctimai ittiham” Fondunun “Facebook” səhifəsində yayılmış məlumatda deyilir ki, 2016-cı il yanvarın 27-də qonşuların guya otaqlarından səs-küy gəlməsi ilə bağlı şikayətindən sonra Səlimə Muhamedyanova (güman ki, milliyyətcə başqırddır) mərhum əri İqor Qubanovla birgə polis bölməsinə aparılıb. İ.Qubanovun sağlığında verdiyi ifadələrə görə, onu kameraya salıblar, həyat yoldaşını isə əməkdaşların istirahət otağına aparıblar. Polislər həmin otaqda onun xanımını döyüb və zorlayıblar.
Bundan sonra polislər ər-arvadı buraxsalar da, başlarına gətirilənlər barədə danışacaqları təqdirdə ölümlə hədələyiblər və şəhərdən çıxıb getməyi tələb ediblər. Səlimə Muhamedyanovanın bədənindəki zədələr də onun polis bölməsində başına gətirilənlərə sübut idi.  Qadın  istintaq komitəsinə müraciət edib. Onun danışdıqlarını poliqraf (ifadə verənin doğru danışdığını yoxlamaq üçün qurğu) da təsdiqləyib. Lakin polis bölməsində zorlama haqda işi bağlayıblar, Səliməni isə yalan məlumat verməkdə suçlayaraq 20 min rubl məbləğində cərimə ediblər. Qadının onu zorladıqlarını bildirdiyi polislərin heç biri işdən çıxarılmayıb.
İqor Qubanov xanımının haqsız yerə günahlandıırılması barədə şikayət verib. Lakin bir müddət sonra heç bir tədbir görülmədiyini görən ər video-müraciət yazaraq bir neçə barmağını kəsib. Son günlər isə səhhəti ağırlaşan zavallının beyninə qan sızıb.
Müstəqil.Az

Share: