Paşinyan baş nazirin iqamətgahından imtina etdi

Ermənistan baş naziri Nikol Paşinyan iyunun 28-də baş nazirin iqamətgahı haqda yeni qərar qəbul ediləcəyini bildirib.

 

Paşinyan baş nazirə aid iki iqamətgahdan birinin prezidentə qaytarılacağını bildirib.

 

Keçmiş baş nazir Serj Sarkisyanın hakimiyyətə gəlməmişdən paytaxt Yerevanda Baqramyan 26-da yerləşən iqamətgahı prezident administrasiyasında almışdı. Bu məsələ Paşinyanın ona qarşı istifadə etdiyi kompaniyanın lozunqlarından biri idi. Paşinyan Sarkisyanı konstitusiyanı pozmaqda ittiham edərək, hakimiyyətin bir iqamətgahı ola biləcəyini bəyan edirdi.

 

Özü Sarkisyanı devirdikdən sonra bu məsələnin hələ də həll edilməmiş qalması isə ona qarşı tənqidlərə səbəb olub. Buna görə də məsələyə münasibət bildirən Paşinyan konstitusiyaya görə hakimiyyət rəhbərinin ölkə başçısı hesab edildiyini qeyd edib.

 

“Bina şərtləri ilə bağlı müəyyən mərasim öhdəlikləri var. Biz bu məsələni tez həll etməyə çalışacağıq. Nazirlər kabineti rəhbərinin bir iqamətgahı olacaq və Baqramyan 26-da yerləşən bina prezident administrasiyasına qaytarılacaq” – Paşinyan bildirib.(Modern.az )

Müstəqil.Az

Share: