Pensilvaniya alimlərinin balıq məhsulları haqqında maraqlı nəticəsi…

Müstəqil.az Medical Xpress – ə əsaslanaraq xəbər verir ki, Pensilvaniya alimləri balıq məhsullarının əhəmiyyəti haqqında maraqlı nəticəyə gəliblər. Araşdırmalar nəticəsində bəlli olub ki, heç olmasa həftədə bir dəfə yeyilsə yaxşı yuxu gətirir və intellektual qabiliyyəti artırır.
Tədqiqatda  9-11 yaşında 541 uşaq iştirak edib. Uşaqlar anket doldurarkən keçən ayda nə qədər balıq məhsulları istifadə etdiklərini göstəriblər.
Onlar həm də ünsiyyətli və ünsiyətsiz vərdişləri qiymətləndirmək məqsədilə “uşaqlar üçün Veksler intellekti” testində iştirak ediblər. Yuxunun keyfiyyəti (onun davamlı və fasiləsizliyi) valideynlərin cavabı əsasında qiymətləndirilib. Mütəxəssislər valideynlərin təhsil səviyyəsini, ailə vəziyyətini, peşəsini, ailədə oğlanların və qızların sayını nəzərə alıb.
Hər həftə balıq yeyən uşaqlar qalan iştirakçılardan 4,8 bal  yuxarı toplayıb. Onlar yuxu pozulmasından az narahat olublar. Balıqda  omeqa-3- turşuların az olması ürək-damar xəstəliklərinin yaranması riskini azaldır. Bu maddələr beyinin, gözlərin, əsəblərin  normal fəaliyyəti üçün çox lazımlıdır və uşağın boyunun artmasına da təsir edir.

Share: