AzTV internetdə yayımlanması üçün şirkət axtarır

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 3 televiziya və 2 radio kanalının internet vasitəsilə yayım xidmətinin satınalınması üzrə açıq tender elan edib.

Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs-Camal Əsgərovdan, telefon- 492-78-51) ünvandan ala bilərlər.

İştirak haqqı 200 manatdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək.

Müstəqil.Az

Share: