Pele 32 mərtəbəli qəbiristanlıqda dəfn olunacaq

Əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn yeri və tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Braziliyanın “Santos” klubu məlumat yayıb.

Məlumata görə, Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.

Vida mərasimi isə yanvarın 2-də klubun stadionunda başlayacaq və bir gün davam edəcək.

Ötən gün 82 yaşında vəfat edən Pele Santosdakı 32 mərtəbəli dünyanın ən şaquli qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, dağın ətəyində yerləşən qəbiristanlıq binasının hündürlüyü 108 metrdir. Binanın adı “Memorial Nekropol Echomanica”dır. Burada dayanacaq, kilsə, bağ, şəlalə və restoran var. 32 mərtəbədə bir neçə blok var və hər blokda 150 qəbir yerləşir.


Share: