Yunanıstanda yəhudi abidəsi dağıdılıb

Salonikidə əksəriyyəti İkinci Dünya Müharibəsi zamanı həlak olan yerli yəhudilərə həsr olunmuş abidə neonasistlər tərəfindən vandalizmə məruz qalıb. Onun üzərində nasist svastikası çəkilib, abidə dağıdılıb.

Məlumata görə, memorial Salonikidəki Aristotel Universitetinin ərazisində yerləşir. Burada vaxtilə 1942-ci ildə alman faşistləri tərəfindən məhv edilmiş köhnə yəhudi qəbiristanlığı olub.

Vandalizm Saloniki yəhudi icması tərəfindən pislənilib.

“Bu hərəkət nasist düşərgələrində öldürülən 50 min Saloniki yəhudisinin xatirəsini yad edən və ərazinin müasir simasını onun tarixi ilə bağlayan abidəyə, eləcə də Saloniki Aristotel Universitetinə qarşı ən böyük hörmətsizlik və təhqirdir”, icmanın bəyanatında deyilir.

Mənbə: TASS

Share: