Paytaxtın yaşıllaşdırma zonaları: eko-monitirinq və sorğular keçirilir. QHT Agentliyinin maliyyə dəstəyi ilə

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” layihəsi uğurla davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” mövzusunda üçaylıq aktual ekoloji layihə fevralın birindən etibarən uğurla reallaşdırılır.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi paytaxt sakinləri arasında ətraf mühitin mühafizəsi məsələləri mövzusunda ekoloji monitorinq, təbliğat və sorğuları kimi formalarda apardığı maarifləndirmə fəaliyyətləri genişləndirilir. Təşkilat həllinə çalışdığı yaıllaşdırma məsəllərinin aktuallığına geniş kütlələrin ictimai diqqətini cəlb etməyə çalışır, bu yöndə müəyyən uğurlu nəticələr qazanıb.

5-7 mart tarixlərində Bakının seçmə 4 bölgəsində – Səbail, Binəqədi, Abşeron və Balaxanı zonalarında ekoloji monitorinq aparılıb, foto-video çəkilişlərlə əhali arasında sorğular keçirib, maarifləndirici işlər görülüb.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri və layihə İradə Həsənova, layihəyə cəlb edilmiş gənc əməkdaşlar, eləcə də layihə çərçivəsində formalaşdırılan “Gənc eko-aktivistlər” qrupu görüşdükləri vətəndaşlara yaşşıllıqların qorunması, ətraf mühitin təmizliyi uğrunda ictimai fəallığın vacibliyi, ağac əkilməsi və onlara qulluğun, mühafizəsi məsələləri barədə geniş məlumatlar veriblər.
Onlar bildiriblər ki, eko-layihədə yaşıllaşdırma ilə bağlı monitorinq aparmaq və bunun ətraflı şəkildə hesabatını vermək nəzərdə tutulub. Tərəfimizdən həyata keçirilməsi nəzərdə tutulan layihənin monitorinqi ilə bağlı informasiya mənbələri araşdırılmış, Bakı şəhərinin bütün rayonlarında bu istiqamətdə yoxlamalar və ictimai-ekoloji baxışlar həyata keçirilmişdir. Eyni zamanda, problemlə bağlı yalnız Bakı şəhərində deyil, respublikamızın müxtəlif bölgələrində də yaşılaşdırma ilə bağlı sorğu aparılmışdır. Əldə etdiyimiz nəticələrdən irəli gələn təcrübəyə əsaslanaraq hazırlanaraq həyata keçirilən layihədə Bakı şəhərində yaşıllaşdırma ilə bağlı monitorinqlər və sorğular keçirilməsi əsas prioritet məsələ kimi götürülüb.

Son illər respublikamızda yaşıllaşdırma işinin aparılması dövlət siyasətinin bir hissəsini təşkil edir. Hər il ölkəmizdə yaşıllaşdırma ilə bağlı böyük aksiyalar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və birinci xanın Mehriban Əliyevanın dəfələrlə bu aksiyalarda iştirak etdiklərinin və ağac əkdiklərinin şahidi olmuşuq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinə böyük töhfələr vermişdir. Onun təşəbbüsü ilə ölkəmizin paytaxtında neçə-neçə yeni park salınmışdır.
Reallaşdırılan layihə görülən bütün bu işlərin ətrafında, həmçinin yerli sakinlərin düşüncələri əsasında, bəzi çatışmazlıqların üzə cıxarılması və ictimai-ekoloji hesabatın hazırlanmasını nəzərdə tutur.
Son on beş ildə bu istiqamətdə görülən işlərin surətinə görə dünyada heç bir analoqu yoxdur. Dövlət səviyyəsində aparılan yaşıllaşdırma işləri təkcə yeni parkların salınması və ətrafın yaşıllaşdırılması ilə bitmir. Həm də paytaxtımızda ayrı-ayrı həyətlərinin içində və ya hündür binaların arasında yaşıllaşdırma işləri aparılır ki, bu da sakinlərin ürəyincə olan işlərdir. Sakinlərin özləri orada istədikləri vaxt istirahət edir, uşaqlar əylənir və s. Bu işlər həm də ekologiyaya müsbət təsir göstərir: paytaxtımızın həm havası təmizlənir, həm də şəhərimiz abadlaşır.

Yaşıllaşdırma ilə bağlı Bakı şəhərində görülən işlərin hesabatının hazırlanması vacib məsələlərdəndir. Buna nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilməsi vacibdir: yaşıllaşdırma ilə bağlı monitorinqlər aparılması, əhali arasında ekologiyayla bağlı sorğuların həyata keçirilməsi, təşkilatımız tərəfindən təkliflər hazırlanaraq əlaqədar qurumların diqqətinə çatdırılması.
Fevral və martda həyata keçirilən fəaliyyətlərdən biri də paytaxtda parklarla bağlı monitorinqlərlə bağlı idi. Parklar və son illərdə yaşıllaşdırılmış həyətyanı sahələrin siyahısı tərtib olunub. Layihəyə cəlb olunmuş sosial işçilərlə bərabər müəyyənləşdirilmiş yerlərdə monitorinqlər aparılıb və həmin yaşıllaşdırma yerlərinin – parkların, həyətyanı sahələrin yaxınlığında yaşayan sakinlərlə aparılan sorğuların məqsədi ondan ibarət idi ki, əhalinin yaşıllaşdırma ilə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar edilsin. Yaşıllaşdırmalarla bağlı əgər nəzərdən qaçan tərəflər varsa, üzə çıxarılmasına, layihənin sonunda hazırlanacaq ictimai-ekoloji hesabatımızda onlar öz əksini tapacaqdır.

Gələcəkdə bu istiqamətdə görülən işlərdə çatışmayan cəhətlər təkrar olunmayacaq. İndiyə qədər yaşıllaşdırma ilə bağlı görülən işlərin əksəriyyəti cəmiyyət tərəfindən razılıqla qarşılanıb, təqdirəlayiq sayılıb. Monitorinq aparılan sahələr (parklar, yaşıllaşdırılmış həyətlər) çəkilən şəkillər və videolarda öz əksini tapır, sorğular da həmçinin.
Layihə həcmcə böyük olduğuna, şəhərin özünü və bir sıra qəsəbəsini əhatə etdiyi üçün görülən işlərin hesabatını hər ay, şəkillər və videolarla bərabər donora, geniş ictimaiyyətə və mediaya təqdim edilir. Sonda çəkilmiş videolardan istifadə olunmaqla ekoloji mövzuda videoçarx hazırlanacaq, tədbir keçirilərək onun təqdimatı təşkil olunacaqdır.

Əhalinin müsbət mənada rəyinin , yaşıllaşdırma ilə bağlı çatışmazlıqların ortaya çıxarılması, onlarla bağlı müvafiq dövlət qurumları qarşısında məsələlərin qaldırılması, gündəmdə olan ekoloji məsələlərin daha da aktuallaşdırılması, monitorinqlərin reallaşdırılması, sorğuların keçirilməsi, video-çarxın hazırlanması kimi fəaliyyətlərlə uğurlu nəticələr əldə ediləcəyi gözlənilir.
Fəaliyyətlərin uğurlu alınacağı təqdirdə bu aktual eko-layihənin ardı respublikamızın digər yerlərində də həyata keçirmək planlaşdırılır.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım
İctimai Birliyinin Mətbuat Xidməti

Share: