Paşinyan Rusiyaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiyaya işgüzar səfərə gedəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 31-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedəcək. O, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır”, – məlumatda deyilir.


Share: