Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı keçib – YENİLƏNİB + VİDEO

Hindistanın cənubundakı Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı ötüb.

Məlumatlara görə, 91 nəfər faciənin qurbanı olub.

70 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Faciə yerində xilasetmə əməliyyatı davam edir.

Yerli hakimiyyət qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir. Faciə yerində olan mənzil və kənd inkişafı naziri Briceş Merca bildirib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlar, eləcə də qocalardır.

Mənbə: TASS

20:09

Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.

Körpü üzərində 500-ə yaxın insanın olduğu zaman uçub. İnsident nəticəsində 100-dən çox insan suya düşüb.

Faciə Maçhu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin üzünə açılıb.

Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına baş nazir Narendra Modi rəhbərlik edir.

Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün kabellərində çox sayda insanın asılı olduğu görünür. Digərləri isə özlərini xilas etmək üçün çaya atılıblar.

Mənbə: TASS

Share: