Paraqvayda həbsxanada əməliyyat zamanı 10 nəfər həlak olub

Paraqvayın paytaxtı Tacumbu həbsxanasında təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı azı bir polis əməkdaşı və 9 məhbus öldürülüb.

-nın məlumatına görə, bu barədə dövlət başçısı administrasiyasının saytında sözləri sitat gətirilən Paraqvay prezidenti Santyaqo Pena bildirib.

“Onilliklər ərzində və ictimaiyyətin nəzərində Tacumbu həbsxanası cinayətkar qrupların hücumlar planlaşdırdığı və narkotik vasitələrin paylandığı mərkəzə çevrilib. Bir neçə saat əvvəl hüquq-mühafizə orqanlarımız bu qruplara zərbələr endirib, onların oradan cinayət törətməyə davam etməsinə imkan verən sxemi məhv ediblər”.

Ölkənin polis komandiri Karlos Benites də öz növbəsində əməliyyat zamanı 9 məhbusun öldüyünü bildirib. 36 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Share: