Çində zəlzələ nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb

Zəlzələ nəticəsində Çinin Qansu və Çinxay əyalətlərində azı 111 nəfər ölüb.

xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

***

03.08

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.

xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Regional qərargahın məlumatına görə, daha 96 nəfər xəsarət alıb.

Zəlzələnin episentrinə yaxın ərazidə evlərə və infrastruktura ziyan dəyib, su və elektrik enerjisi kəsilib, yollar dağılıb.

***

23.31

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.

xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəzlzələnin episentri 10 km dərinlikdə yerləşir.

Share: